İran mediası: Bakının “Hüseynçilər” hərəkatı üzvlərinin ekstradisiyası cəhdi heç vaxt baş tutmayacaq

İranın dövlət radio- televiziyası qurumuna bağlı media orqanı Azərbaycanın baş prokuroru Kamran Əliyevin İrana səfəri və bu ölkəyə sığınan axtarışda olan Azərbaycan vətəndaşlarını geri qaytarmaq tələbi ilə bağlı yazı dərc edib.
“Gənc Jurnalistlər Klubu” xəbər agentliyi məsələ ilə bağlı yazdığı geniş məqalədə Azərbaycan Respublikasına qarşı ittihamlar səsləndirib.
Yazıda daha öncə Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə İran rəhbərliyinə ekstradisiya ilə bağlı 20 nəfərlik siyahı təqdim etdiyini, ancaq bunun cavabsız qaldığını yazıb.
Agentlik Kamran Əliyevin siyahıya daha 21 nəfər artıraraq 41 nəfərin adını ehtiva edən siyahı ilə İran rəsmilərinə müraciət etdiyini, ancaq bunun da cavabsız qaldığını iddia edib.
Azərbaycan dövlətinin 41 nəfəri İrandan geri tələb etməsinin qorxudan irəli gəldiyini iddia edən xəbər agentliyi İranın daha öncə olduğu kimi bu tələbə önəm verməyəcəyini bildirib.