İranlı diplomat: Avrasiya ilə azad ticarət yekunlaşıb

İranın Ermənistandakı ticarət attaşesi Əkbər Qodari bəyan edib ki, İran və Avrasiya İttifaqı üzvləri arasında aparılan danışıqlar nəticəsində yaxın aylarda iki tərəf arasında azad ticarət qurulacaq.
Rəsmi İrəvanda keçirilən İran-Ermənistan biznes forumunda çıxışı zamanı deyib ki, İran hökuməti qonşu ölkələrlə ticarət əlaqələrinin inkişafı üçün ciddi planlar qurur və Avrasiya ittifaqı üzvləri ilə danışıqlar ciddi bir prioritet olaraq Tehranın gündəmindədir.
İranın Ermənistandakı ticarət attaşesi həmçinin qeyd edib ki, ötən aylarda İran və Avrasiya arasında 9 raund danışıqlar aparılıb və bu danışıqların əsas gündəm bəndlərindən biri tərəflər arasında ticarətin sərbəstləşməsi olub.
Avrasiya ölkələrində İran üçün çox yaxşı bir bazar olduğuna diqqət çəkən Qodari bu kontekstdə Ermənistan bazarının İran ixracatı üçün böyük əhəmiyyət daşıdığını bildirib.