İran: “Arəş 2” PUA-sı İsrailin Hayfa və Tel-Əviv şəhərlərinə hücum üçündür

İran ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri deyib ki, İsrailə hücum üçün xüsusi PUA hazırlanıb.
“Arəş 2” PUA-sı xüsusi özəlliyə malik olmaqla hədəfə çatana qədər hədəfi dəfələrlə tapmaq gücündədir. Bu PUA-nı İsrailin Hayfa və Tel-Əviv şəhərlərinə hücum üçün nəzərdə tutmuşuq”, – deyə Heydəri bildirib.
O əlavə edib ki, İranın Ali Baş Komandanı “uşaq qatili sionist rejimi” məhv etmək üçün plan təyin edib.
“Həmin planın həyata keçiriləcəyi günün əmrini gözləyirik”, – deyə iranlı general əlavə edib.