Lapid: İranın nüvə fəaliyyətləri ilə bağlı Avropaya yeni məlumatlar vermişik

İsrailin baş naziri Təl-Əvivin İranın nüvə fəaliyyəti ilə bağlı Avropa ölkələrinə məlumat verdiyini bildirib.
Onun sözlərinə görə, İsrail nüvə sazişini dayandırmaq və İrana qarşı sanksiyaların ləğvinə qarşı çıxmaq üçün siyasi kampaniyaya başlayıb.
“Bizim səylərimizin uğurlu olduğunu göstərən səbəblərimiz var”,-deyə Lapid əlavə edib.
Bu arada Mossad şefi David Barnea terrorun İran təhdidinin ayrılmaz hissəsi olduğunu bəyan edib.
O, bu ölkənin “İran İslam Respublikası” deyil, “İran Terror Respublikası” adlandırılmalı olduğunu bildirib.
Mossad şefi İran rejiminin terror və zorakılığa əsaslandığını və zorakılığa legitim alət kimi baxmağa, istifadə etməyə davam etdiyini qeyd edib.
Barnea mollaların 1979-cu ildən İranda hakimiyyətə gəlməsindən bu günədək terrorun onların əsas dünya görüşünə çevrildiyini xatırladaraq, bunun dövlət səviyyəsində həyata keçirildiyini və bütün dünya üçün problemə çevrildiyini söyləyib.
Onun sözlərinə görə, nüvə danışıqları nəinki İranın terror fəaliyyətini azaltmayıb, əksinə, İran rejimi bu fəaliyyətlərini genişləndirib və hətta Amerika və Avropa ərazilərinə də çatdırıb.