SEPAH-ın kiber komandirlərinin kimliyi ifşa edildi

“Microsoft”un dərc etdiyi hesabata görə, Albaniyanın infrastrukturuna kiberhücumların arxasında İslam Respublikası tərəfindən dəstəklənən və bəziləri İran hüdudlarından kənarda idarə olunan 4 haker qrupu dayanıb.

Hesabata əsasən, sözügedən 4 qrup əvvəllər Iranın Təhlükəsizlik Nazirliyinə bağlı olan “EUROPIUM” haker qrupu tərəfindən istifadə edilən və 1 ildən çox müddət ərzində bir neçə kiberhücum həyata keçirən girişdən istifadə edib.

Microsoft bildirir ki, İran son hücumları bu ölkəyə qarşı güclü kiberhücumlara cavab olaraq həyata keçirib. Kiberhücumlara dəstək verən şirkətlər və hücumlara başçılıq edənlərin bir neçəsinin adları bəlli olub.

Məhəmmədbaqir Şirinkar, Məhəmmədhüseyn Şirinkar, Mehdi Haşimi Toğrəlcərdi, Həmidrza Ləşgəriyan, Fatimə Zəhra Fərrux adlı şəxslərin kiberhücumlara rəhbərlik etdikləri bildirilir.

 

İlgili xəbərlər