Tanınmış güney azərbaycanlı rejissor vəfat edib

Güney Azərbaycanda tanınmış rejissor Əsğər Yusifinejad vəfat edib.

Bu barədə Təbrizin yerli mediası məlumat yayıb. Keçirdiyi beyin qanamasından sonra əməliyyat olan tanınmış rejissor xəstəxanada vəfat edib.

Yusifinejad daha çox Azərbaycan türkcəsindəki “Ev” filmi ilə tanınmışdı.

Azərbaycanlı rejissor İran və beynəlxalq səviyyədə keçirilən festivallarda bir neçə mükafat qazanıb.

Onun Azərbaycan dilində olan ən son filminin (“Qolçaq”) nümayişinə hələlik icazə verilməyib.

“Qolçaq” filmi türkcə olduğu üçün İranda keçirilən 40-cı  Fəcr Beynəlxalq Film Festivalına da qəbul edilməyib.

 

İlgili xəbərlər