Tehran Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasından “narahatdır”

İran XİN-in sözçüsü Ermənistan və Azərbaycan arasında gərginliyin artması və sərhəddə baş verən hərbi toqquşmalardan narahatlığını ifadə edib.

Rəsmi Tehran tərəfləri təmkinli olmağa və iki ölkə arasında mübahisələrin sülh yolu ilə və beynəlxalq hüquq normaları əsasında həllinə çağırıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi saytı yazır ki, qurumun sözçüsü Nasir Kənani bir daha Azərbaycan-Ermənistan sərhədlərində hər hansı dəyişikliklərin baş verməsinin İran İslam Respublikası üçün “yolverilməzliyini” vurğulayıb.

İran İslam Respublikasının məsələ ilə bağlı hadisələri diqqətlə izlədiyini qeyd edən Kənani Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmət edilməsinin zəruriliyini diqqətə çatdırıb, rəsmi Tehranın iki qonşu ölkə arasında mübahisəli məsələlərin həlli üçün hər cür yardım göstərməyə hazır olduğunu bəyan edib.

İlgili xəbərlər