İran: Bölgədə istənilən geosiyasi dəyişiklik qəbuledilməzdir

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian regionda hər hansı geosiyasi dəyişikliyin qəbuledilməz olduğunu vurğulayaraq, bölgədə sülhün bərpasına çalışmağın zəruriliyini qeyd edib.

Əmir Abdullahian bu sözləri Rusiyanın İrandakı erməni əsilli səfiri Levan Caqaryanı diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edərkən deyib.

Görüşdə iranlı nazir Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatları qəbul edilməz adlandıraraq, fikir ayrılıqlarının sülh və siyasi yolla həllinin vacibliyindən danışıb.

İlgili xəbərlər