MAQATE-nin Qəyyumlar Şurası İran əleyhinə bəyanat qəbul edib

MAQATE-nin Qəyyumlar Şurasının üzvü olan 35 ölkənin üçdə ikisi sentyabrın 14-də Amerika, Böyük Britaniya, Fransa və Almaniyanın məcburi olmayan bəyanatını təsdiqləyib və imzalayıb.
Bəyanat, İranın açıqlamadığı üç mərkəzdə zənginləşdirilmiş uranın mənşəyi haqda agentliyə nə üçün məlumat vermədiyi ilə bağlı cavab tələb edir.
Qəyyumlar Şurası iyun ayında keçirdiyi son rüblük iclasında Şuranın İranın agentliklə əməkdaşlıq etməməsindən dərin narahatlığını ifadə etdiyi qətnaməni təsdiqləyib.
Bu qətnamədə Tehrandan Beynəlxalq Atom Enerjisi Agentliyi ilə dərhal əməkdaşlıq etməsi istənilib.
İran o vaxtdan bəri Beynəlxalq Atom Enerjisi Agentliyinin başçısı Rafael Qrossini siyasi oyunlara daxil olmaqda və İsrailin təsiri altında düşməkdə ittiham edib.