İran və Özbəkistan enerji sahəsində anlaşma imzalayıb

İranın neft naziri və Özbəkistanın energetika nazirinin müavini səkkiz müxtəlif enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıblar.
Məlumata görə, İranın neft naziri Cavad Ovci ilə Özbəkistanın energetika naziri vəzifəsini icra edən Əzim Əhməd Xocayev arasında keçirilən görüşdə iki ölkə arasında müxtəlif enerji sektorlarında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Bu anlaşma neft-kimya layihələrinin birgə həyata keçirilməsi, neft-qaz sahəsində geoloji və kəşfiyyat işləri həyata keçirmək, İranın neft-kimya məhsullarının Özbəkistana ixracı, neft-kimya zavodları üçün katalizatorlar və kimyəvi maddələrin istehsalı üçün birgə tədqiqatların aparılması, hər iki ölkədə neft-kimya, neft və qaz sənayesinin inkişafı üçün maliyyə yardımının göstərilməsi və bank əməkdaşlığının dəstəklənməsi sahələrini əhatə edir.