İranın Azərbaycandakı səfiri: Tehranın mövqeyi 30 ildir eynidir

İranın Azərbaycandakı səfiri Seyyid Abbas Musəvi  bölgədəki proseslərlə bağlı Tvitterdə paylaşım edib.

“Şimal qonşuları məsələsində İranın prinsipial mövqeyi 30 il əvvəldən məlumdur və inqilabın rəhbəri, prezident, xarici işlər naziri və XİN sözçüsü tərəfindən dəfələrlə bəyan edilib və bundan ibarətdir ki, Cənubi Qafqazda beynəlxalq sərhədlər və geosiyasi vəziyyət dəyişməzdir. Hər hansı bir niyyətlə əlavə və paralel mövqe tələb etmək qeyri-peşəkar və zərərlidir”, – deyə iranlı diplomat yazıb.

İlgili xəbərlər