İranın İrəvandakı səfirliyi: Tehran İran-Ermənistan sərhədinə zərər verə bilən bütün planlara qarşı çıxacaq

İranın Ermənistandakı səfirliyi Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrə münasibət bildirib.
Səfirlik bildirib ki, Tehran qonşu dövlətlərin ərazi bütövlüyünün və sərhədlərinin pozulmasına qarşıdır.
“Tehran xüsusilə, hər iki xalqın tarixi əlaqə yolu olan İran-Ermənistan sərhədinə zərər vura biləcək istənilən planın qarşısını alacaq”, -deyə İranın Ermənistandakı diplomatik nümayəndəliyi qeyd edib.
Səfirlik əlavə edib ki, bu məsələ İran və Azərbaycanın xarici işlər nazirlərinin telefon danışığında, eləcə də İran prezidenti ilə Ermənistan baş naziri təmaslarında Tehran tərəfindən vurğulanıb.