“New-york Times”: Xamenei əməliyyat olunub

Amerikanın “New-york Times” qəzeti İran rəhbəri Əli Xameneinin vəziyyətinin pisləşməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirdiyini yazıb.
Qəzet adının açıqlanmasını istəməyən 4 mənbəyə istinadən yazıb ki, İranın 83 yaşlı lideri hazırda həkim nəzarətindədir.
Xamenei ötən həftə bütün görüşlərini, o cümlədən illik əsas görüşünü ləğv edib.
“New-york Times”-ın mənbələrinin dediyinə görə, İran rəhbəri keçən həftə kəskin mədə ağrısı və yüksək qızdırma simptomları ilə iqamətgahənda tikilmiş klinikaya aparılıb və “bağırsaq tıxanıqlığı” səbəbindən əməliyyat olunub.