İran komandanları Azərbaycanla sərhəddə yerləşdirilən hərbi bölmələrə baxış keçiriblər

Yaxın günlərdə SEPAH və Ordunun quru qoşunlarının komandanları Azərbaycan və Ermənistanla sərhəd ərazidə yerləşdirilən  qüvvələrdən görüşlər keçiriblər.

İran rəsmi mediasının xəbərinə görə, İran ordusunun quru qoşunlarının komandanı briqada generalı Kiyumərs Heydəri və SEPAH-ın quru qoşunlarının komandanı briqada generalı Məhəmməd Pakpur Azərbaycan və Ermənistanla sərhəddə yerləşən hərbi bölmələrə baxış keçiriblər. 

Onlar, bölgədə yerləşən hərbi bölmələrin hazırlıq vəziyyəti ilə tanış olub.

Ermənistan və Azərbaycan sərhədlərində ordu və SEPAH-ın çevik reaksiya qüvvələri, eləcə də zirehli briqadalar və hücum helikopterləri yerləşdirilib.

 

İlgili xəbərlər