İsrail Suriyada İrana bağlı qruplaşmaların mövqelərini hücum edib

İsrail Dəməşqdə İranın dəstəklədiyi qruplaşmaların mövqelərinə hücum edib.
Bu barədə Suriya dövlət xəbər agentliyi – SANA məlumat yayıb. İsrailin hava hücumu nəticəsində Suriyanın 5 əsgərinin Dəməşq hava limanı yaxınlığında öldürüldüyü bildirilir.
Məlumata görə, hücumda bir sıra infrastruktur zərər görüb, lakin Suriyanın hava hücumundan müdafiə sistemi atılan raketlərin bir neçəsinin “qarşısını ala bilib”.
Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bildirir ki, İsrail İranın dəstəklədiyi yaraqlıların yerləşdiyi yerləri hədəf alıb və bu qüvvələrdən ikisi öldürülüb.
Xatırladaq ki, İsrail öz hava hücumlarını nadir hallarda şərh edir, ancaq indiyədək Suriyada İranla əlaqəli hədəflərə yüzlərlə zərbə endirdiyini bildirib.