Urmiya gölünün qurumasına etiraz edənlərə polis müdaxilə edib, saxlanılanlar var

Bu gün günortadan sonra saat 18:00-da bir qrup mədəni fəal Urmiya gölünün qurumuş hissəsində “Kəlantəri” körpüsünün yanında toplaşaraq dinc aksiya keçiriblər.
Aksiyaya qatılan fəallar əllərində üzərinə “Urmu gölünün ölümü Azərbaycanın ölümüdür, oyan Azərbaycan” yazılmış plakat tutaraq ekoloji faciəyə dinc şəkildə diqqət çəkmək istəyiblər.
Lakin hökumət məmurları aksiya iştirakçılarına qarşı güc tətbiq edib, onların əllərindən plakat və yazılı vərəqələri alaraq zorla bölgədən uzaqlaşdırmağa çalışıb.
Buna etiraz edən bir neçə nəfərin saxlanılaraq naməlum yerə aparıldıqları bildirilir.
Həbs olunanlardan hələlik Əli Hacməhəmmədi və Həsən Rəvaninin adları bəlli olub.