İran tezliklə Azərbaycan üzərindən Rusiyadan qaz alacaq

İran neft şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, Tehran- Moskva arasında imzalanmış memoranduma əsasən, İran Rusiyadan gündəlik 9 milyon kub metr qaz alacaq.

Rusiyadan nəql olunan gündəlik 6 milyon kubmetr qaz isə İranın cənubunda maye qaza (LNG) çevrilərək ixrac olunacaq. İran Milli Neft Şirkəti ilə Qazprom arasında imzalanmış bu layihənin dəyəri 40 milyard dollardır.

İranın Pakistana və Omana qaz boru kəməri tikintisi və LNG layihələrinin təkmilləşdirməsi də Rusiyanın Qazprom şirkəti ilə imzalanmış əlavə memorandum sənədinə əsaslanır.

İlgili xəbərlər