Rusiyanın 100 nəfərlik iqtisadi heyəti bu gün Tehrana səfər edir

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu gün Rusiyadan 100 nəfərlik iqtisadi heyət Tehrana səfər edəcək.

İran və Rusiya münasibətlərinin həmişə diqqət mərkəzində olduğunu deyən Kənani əlavə edib ki, Tehrana gələn Rusiyanın 60-dan çox özəl və dövlət şirkətlərinin nümayəndələri iranlı həmkarları ilə görüşlər keçirəcəklər.

İranlı diplomat qeyd edib ki, bu şirkətlər müxtəlif sahələrdə o cümlədən qida, kənd təsərrüfatı, balıqçılıq, su, nəqliyyat, avtomobil hissələri, tibbi avadanlıq və rabitə sektorlarında fəaliyyət göstərir.

“Bu görüşlərin keçirilməsi iki ölkə arasında bir illik birgə səylərin nəticəsidir. Səkkiz iranlı nazirin Moskvaya çoxsaylı səfərləri və nazirlər arasında aparılan danışıqlar bu səfər üçün zəmin yaradıb”, – deyə Kənani vurğulayıb.

İlgili xəbərlər