ABŞ üç İran təyyarəsini Moskvaya qarşı sanksiyaları pozanlar siyahısına əlavə edib

Vaşinqton İranın üç yük təyyarəsini Rusiyaya ixraca nəzarət sanksiyalarını pozanlar siyahısına əlavə edib.

Amerikanın Ticarət Nazirliyinin bildirdiyinə görə, həmin yük təyyarələri Rusiyaya yük, o cümlədən elektron məhsullar daşımaqla ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını açıq şəkildə pozub.

Məlumata görə, Ticarət Nazirliyi sentyabrın 19-da bəyan edib ki, “İran Air”, “Mahan” və “Qeshm Fars” şirkətlərinə məxsus üç ədəd “Boeing 747” yük təyyarəsini Amerika hökumətinin Rusiyaya ixraca nəzarət sahəsində sanksiyalarını pozanlar siyahısına əlavə edir.

Hesabatda Amerikanın daha öncə də sözügedən hava yolları şirkətlərinə müxtəlif məhdudiyyətlər qoyduğu xatırlanır.

İlgili xəbərlər