İranda kütləvi etirazlar genişlənir, Təbrizdə milli şüarlar səsləndirildi + VİDEO

İranda hicaba görə saxlanıldığı zaman döyüldükdən sonra aldığı zərbələr nəticəsində həyatını itirən gənc qızın ölümünə etiraz olaraq başlayan aksiyalar bu gün də davam edib.

Tehranın müxtəlif bölgələrində və Təbriz, Həmədan, Qəzvin, İlam, İsfahan, Qorqan, Məşhəd, Kirmanşah, Zəncan və Ərak şəhərlərində etiraz aksiyaları keçirilib.

Tehran və bir sıra başqa şəhərlərdə, o cümlədən də Təbrizdə tələbələr etiraz aksiyası keçiriblər.

Sentyabrın 20-dən Azərbaycan şəhərlərində də aksiyalar başlanıb. Narazılar  hökumətə qarşı şüarlar səsləndirilməyə başlayıb.

Azərbaycan şəhərlərində aksiyaçılar başqa şəhərlərdəki etirazçılarla həmrəyliklərini bildirib, “Xamenei qatildir, rəhbərliyi batildir”, “qorxun o gündən ki silahlanaq”, “ölüm olsun diktatora” və başqa şüarlar səsləndirilib.

Təbrizdə keçirilən etirazlarda milli şüarlar, o cümlədən “Ədalət, Azadlıq, Milli hökumət”, “biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” şüarları səsləndirilib.

Aksiyadan yayılan görüntülərdə təbrizlilər xüsusi təyinatlı qüvvələrin zirehli maşınlarının hərəkətinin qarşısını almaq üçün təkərləri yandırdıqları görünür.

İlgili xəbərlər