“Dumanlı Təbriz”, Təbrizdə geniş aksiyalar baş verib + VİDEO

Təbrizdə dünən başlayan anti-hökumət aksiyaları bu gün də davam edib.

Bu gün axşam saatlarında başlayan etiraz aksiyalarında etirazçılar hökumət əleyhinə şüarlar səsləndirməklə yanaşı türkcə milli şüarlar da səsləndiriblər.

“Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi” və başqa bu kimi şüarlar səsləndirən narazılar xüsusi təyinatlı qüvvələrin zirehli maşınlarına hücum ediblər.

Sosial media fəallarının verdiyi məlumata görə, Təbrizin bir neçə yerində, Qonqabaşı, Şahnaz və Bazar ağzı bölgələrində polis qüvvələri ilə əhali arasında qarşıdurma daha şiddətli olub.

Yayılan görüntülərdə Təbrizin bir neçə yerində yanğın baş verdiyi görünür.

Şəhərin mərkəzində polis bölmələrindən birinin konteyner ofisi yandırılıb.

Bununla yanaşı şəhərin mərkəzində yerləşən “Barnavak” adlanan məhəllədə yanğınsöndürən maşının hökumət qüvvələri tərəfindən yandırıldığı qeyd olunub.

Yayılan videolarda həm də etriazçıların İran bayrağını yandırdığı görünür.

Qeyd edək ki, son günlər keçirilən aksiyalarda İranın bir neçə şəhərində ölkə bayraqları yandırılıb.

Sosial mediada yayılan bəzi videolarda, təhlükəsizlik qüvvələrinin dinc aksiyaçılara atəş açdığı görünür.

İlgili xəbərlər