İran polisinin etirazçılara atəş açma videosu yayılıb + VİDEO

Bu gün Tehrandan baş verən etirazlar zamanı polis zabitinin kütləyə atəş açma videosu yayılıb.

Məlumata əsasən, narazı kütlə birləşərək polis məmurunu döyüblər. Bunun cavabında isə yerə yıxılan polis zabiti odlu silahla etirazçılara atəş açmağa başlayıb. Bu da ətrafdakıların kəskin narazılığına səbəb olub, polis və hökumət qüvvələri ağır söyüşlərlə tənqid edilib.

Son günlərdə İranın müxtəlif şəhərlərində baş verən etirazlarda ən az 8 nəfərin öldüyü təsdiqlənib.

İlgili xəbərlər