İranda “İnstagram” bloklandı

Sosial media istifadəçilərinin verdiyi məlumata görə, İranda “İnstagram” bloklanıb. İran “İP”-lərindən İnstagrama daxil olmaq mümkün deyil.
Dünyada internetin pozulması və kəsilməsini izləyən NetBlocks saytı da İranda bloklanmamış son sosial media platformalarından biri olan İnstagram-a girişin itirildiyini açıqlayıb.
Əldə edilən məlumatlara görə, ölkənin bir sıra şəhərlərində “Instagram”dan sonra “Whatsapp” sosial şəbəkəsinin də hökumət tərəfindən bloklandığı bildirilir.
Qeyd edək ki, İranda etirazların davam etdiyi bir vaxtda, bir sıra şəhərlərdə internetə çıxış ciddi şəkildə kəsilib.
Etirazların artması ilə hökumətin internetə məhdudiyyətlər qoyacağı proqnozlaşdırılırdı.
Bu səbəbdən İlon Maskın Starlink peyk internetinin İrana çatdırılması tələbindən sonra o, Starlink təmin etmək məqsədi ilə İranla bağlı sanksiyalardan azad edilməsini istəyib.
Bu tələbə cavab olaraq Amerika Maliyyə Nazirliyi bəzi peyk internet avadanlıqlarının İrana ixracının mümkün olduğunu açıqlayıb.