İran dövlət saytlarına kiberhücumlar davam edir

“Anonimus” qrupunun İranın dövlət saytlarına kiberhücumları davam edir.

Sentyabrın 22-də İran prezident administrasiyasının rəsmi saytı da hökumət qurumlarına aid bir çox internet saytı ilə birlikdə sındırılıb və bir müddət həmin sayta daxil olmaq mümkün olmayıb.

İran prezidentinin internet saytına haker hücumu edən “Anonimus” qrupunun üzvü öz Tvitter hesabında “Biz ədalət mübarizəsində İran xalqının yanındayıq” yazıb.

Adı çəkilən haker qrupu daha əvvəl Məhsa Əminin “Əxlaq” polisi tərəfindən ölüdürülməsindən sonra İran xalqının etirazlarına dəstək üçün Tehran hökumətinə məxsus rəsmi saytları hədəf alacağını açıqlamışdı.

Sözügedən qrup son iki gündə hökumətə aid bir çox internet saytlarını, o cümlədən İran Mərkəzi Bankı, Mədəniyyət Nazirliyi, hökumətin rəsmi saytını və İran hökuməti sözçüsünün saytını sındırıb.

Həmçinin Tehran bələdiyyəsinə aid saytların bütün alt domenləri “İran xalqının kiberəsgərləri” adlı hakerlər tərəfindən dağıdılıb və Məhsa Əmininin şəkli əsas səhifəyə yerləşdirilib.

İlgili xəbərlər