İran sanksiya altında olmasına rəğmən yeni raket nümayiş etdirib

İranda bu gün keçirilən hərbi paradda İslam İnqilabı Keşikçiləri Korpusunun yeni ballistik raketi nümayiş etdirilib.
İran-İraq savaşının ildönümü ilə bağlı keçirilən paradda SEPAH-ın istehsal etdiyi “Rizvan” adlı strateji ballistik raket sərgilənib.
Sepah-a bağlı xəbər agentlikləri bildiriblər ki, “Rizvan” bir pilləli, maye yanacaqla işləyən, “yüksək partlayıcı parçalanma qabiliyyətinə malik” döyüş başlığına malikdir.
Raket 1400 kilometrə qədər məsafə qət edə bilər.
Amerika rəsmiləri bir müddət öncə bildirmişdilər ki, İran istehsalı olan raketlər və PUA-lar bölgənin təhlükəsizliyini təhdid edir və Yaxın Şərqdə yerləşən ABŞ qüvvələrini təhlükə altına alır.