İranda hökumət əleyhinə etirazlar davam edir -VİDEO

İranda Məhsa Əmininin “Əxlaqi Polisi” tərəfindən döyülərək öldürülməsi ilə bağlı etiraz aksiyalarının keçirildiyi şəhərlərin sayı ən azı 83-ə çatıb.

İran İnsan haqları təşkilatları son  günlərdə keçirilən aksiyalarda ən az 31 nəfərin öldürüldüyünü bildirirlər.

Dünən gecədən başlayaraq internetə, xüsusən də “Instagram” və “WhatsApp”a giriş məhdudlaşdırılıb. Bu səbəbdən də aksiyalarla bağlı dəqiq məlumat yaymaq çətinləşib.

Məlumata əsasən, bu gün də axşam saatlarından başlayaraq Tehranın müxtəlif küçələrində, eləcə də Həmədan, Məlikan, Məşhəd, Kirmanşah, İslamabad Qərb, Sənəndəc, Təbriz, Urmiya, Rəşt, İsfahan, Bicar və başqa şəhərlərdə kütləvi aksiyalar keçirilib.

Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizdən yayılan görüntülərə əsasən, şəhərin mərkəzi küçələrində çox sayda xüsusi təyinatlı və polis qüvvələri toplaşıb.

Yayılan videolarda, etirazçı xanımların baş örtüklərini odda yandırdıqları görünür.

İlgili xəbərlər