İranın Baş Qərargah Rəisi: Regionda ölkələrin sərhədlərində dəyişikliklərə dözməyəcəyik

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqeri region ölkələrinin sərhədlərində hər hansı bir dəyişikliyin baş verməsi ilə bağlı xəbərdarlıq edib.

Bu gün, İran silahlı qüvvələrinin xüsusi paradı zamanı çıxış edən Baqeri “biz sərhədin güc və müharibə yolu ilə dəyişdirilməsinə dözməyəcəyik” deyə vurğulayıb.

“Azərbaycana və Ermənistana problemlərini dialoq yolu ilə həll etməyi məsləhət görürük”, – deyə iranlı general əlavə edib.

O, həmçinin körfəz ölkələrini “sionist rejimin fitnə-fəsadlarına qarşı diqqətli olmağa” çağırıb.

“Bizə qarşı təhlükə hiss etsək, sionist rejimin ünsürləri və onların havadarlarını cəzalandıracağıq”,- general Baqeri bildirib.

İlgili xəbərlər