İranda siyasi və mədəni fəalların həbsi davam edir

İranda son iki gündə jurnalistlər və tələbələr də daxil olmaqla, çox sayda mədəni və siyasi aktivist saxlanılıb.

Məlumatlara əsasən, həbs olunan tələbələrin, eləcə də siyasi və mədəni fəalların sayı 43 nəfərə çatıb ki, onlardan 20-si İranın müxtəlif universitetlərindən olan tələbə, 11-i qadın hüquqları fəalı, 3-ü media fəalı, 6-sı siyasi fəal və 3-ü vətəndaş cəmiyyəti fəalıdır.

İranda nəşr olunan İslahatçılara yaxın “Şərq” qəzetinin reportyoru Nilufər Hamidi, jurnalistlər Əlirza Xoşbəxt, Fatimə Rəcəbi, Məsud Kordpur, Muctaba Rəhimi və Ruhullah Nəxəi, fotoqraf Yəlda Miri, eləcə də siyasi və mədəni fəallar Məcid Təvəkküli, Fatimə Sepehri, Zəhra və Huda Tohidi, Hüseyn Fatehi, Haniyə Daemi, və Məhəmmədrza Cəlaipur həbs edilənlər arasındadır.

Məlikanlı siyasi fəal və bloqer Hüseyn Ronəqi Məleki də sentyabrın 22-də həbs olunub.

İlgili xəbərlər