Məlikanda 15-dən çox fəal həbs edilib

Şərqi Azərbaycan əyalətinin Məlikan (Məlikkəndi) şəhərində çox sayda vətəndaş və milli fəal həbs edilib.

Fəalların verdiyi məlumata görə, sentyabrın 22-i gecə saatlarında məcburi hicaba qarşı keçirilən etiraz aksiyalarında bu şəhərdə ən az 15 nəfər həbs edilib.

Saxlanılanlardan bir neçəsinin kimliyi məlum olub.

Romina Rəhmani, Mobina Rəhmani, Mehri Güləfşan, Mehdi Purkərim, Əmirhüseyn Xəlilzadə, Meysəm Zəhmətkeş, Əli Zəhmətkeş təhlükəsizlik məmurları tərəfindən döyülərək həbs edilənlər arasındadır.

Bununla yanaşı Təbrizdə milli fəal Atilla Sadiqifər də saxlanılılıb. Ancaq onun durumu barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, son günlərdə Təbriz, Urmiya, Ərdəbil və Zəncan şəhərləri başda olmaqla Güney Azərbaycanın müxtəlif bölgələrində onlarla milli fəal saxlanılıb.

Keçən günlərdə Təbriz və Ərdəbildə nəzarət altına alınanlar arasında Mehdi Həmidi Şəfiq, Əsgər Əkbərzadə, Səid Sadıqifər, Möhsün Möhsünzadə, Meysəm Colani və Məhəmməd Colani kimi fəalların adları yayılıb.

İlgili xəbərlər