Güneyli fəal M.Həmidi Şəfiq SEPAH-ın kəşfiyyat bölməsinin təcridxanasına köçürülüb

Güney azərbaycanlı fəal Mehdi Həmidi Şəfiqin yeri dəyişdirilib. O, SEPAH-ın kəşfiyyat bölməsinin təcridxanasına köçürülüb.
Azərbaycanlı fəal sentyabrın 20-də həyat yoldaşı ilə birlikdə avtomobilində Əbureyhan küçəsində hərəkət edərkən İranın hökumət qüvvələri tərəfindən avtomobilinin şüşələri sındırılmaqla saxlanılıb. Polislər Həmidi Şəfiqi döyərək həbs ediblər.
Qeyd edək ki, Mehdi Həmidi Şəfiq 2011-ci ildə 28 milli fəalla birlikdə Urmiya gölünün qurudulması məsələsinin müzakirəsi ilə bağlı keçirilən iclasda yaxalanmışdı. O, 5 ay həbsdə saxlanıldıqdan sonra 100 milyon tümən girov sənədi qoymaqla sərbəst buraxılmışdı.
Azərbaycanlı fəal dəfələrlə həbs və basqılara məruz qalıb və 2012-ci ildə universitetdə təhsil almasının qarşısı alınıb.
Xatırladaq ki, son günlərdə Təbriz, Urmiya, Ərdəbil və Zəncan şəhərləri başda olmaqla Güney Azərbaycanın müxtəlif bölgələrində onlarla milli fəal saxlanılıb.
Keçən günlərdə nəzarət altına alınanlar arasında Əsgər Əkbərzadə, Səid Sadıqifər, Möhsün Möhsünzadə, Meysəm Colani və Məhəmməd Colani kimi fəalların adları yayılıb.