İran və Ermənistanın standartlaşdırma sahəsində əməkdaşlıq edəcək

İranın standartlaşdırma təşkilatının sədri Mehdi İslampənah Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) son iclası çərçivəsində Ermənistanın standartlaşdırma təşkilatının rəhbəri Babaianla görüşüb.

Görüşdə o, İranın iki ölkənin qonşuluq və tarixi bağlılıqlarını nəzərə alaraq ikitərəfli əlaqələri genişləndirmək, Ermənistana texnoloji yardım və halal sertifikatının verilməsi üçün memorandum imzalamağa hazır olduğunu bildirib.

Erməni həmkarı da standartlaşdırma üzrə İranın milli texnoloji elminin Ermənistana ötürülməsini müsbət qarşıladığına toxunaraq, iranlı həmkarını Ermənistan standartlaşdırma təşkilatının laboratoriyaları və təşkilatın digər imkanları ilə tanış olmaq üçün ölkəsinə dəvət edib.

Ermənistan tərəfi həmçinin İranla qarşılıqlı əməkdaşlıq üçün ən qısa zamanda anlaşma imzalamağa hazır olduğunu bildirib.

İlgili xəbərlər