İranda etiraz aksiyaları davam edir

İranda 22 yaşlı qızın əxlaq polisi tərəfindən qətlə yetirilməsinə etiraz edən xalq artıq 8 gündür ki, hökumət əleyhinə nümayişlər keçirir.

Sosial şəbəkədə yayılan və xarici medianın verdiyi məlumatlara görə, sentyabrın 24-ü onlarla şəhərdə aksiyalar keçirilib.

Qərbi Azərbaycan əyalətinin cənubunda yerləşən Uşnəviyə (Üşnü) şəhərində iki gündür vəziyyətin daha gərgin olduğu, şəhərə əlavə qüvvələrin cəlb olunması ilə yanaşı şəhər üstündə vertolyotların uçduğu bildirilir.

Ötən gecə etirazçıların şəhərin nəzarətini tamamilə ələ keçirməsi ilə bağlı xəbərlər yayılmışdı.

Bir neçə şəhərdə hökumət məmurlarının dinc aksiyaçılara hücumu nəticəsində toqquşmalar baş verib.

Bu gün İranda ötən günlərlə müqayisədə internetin kəsilməsi daha da intensivləşib.

İranın dövlət televiziyası ölkədə keçirilən etiraz nümayişlərində qeyri-rəsmi məlumata görə 41 nəfərin öldüyünü bildirib.

Məlumatlarda bundan öncə olduğu kimi hökumət məmurlarının dinc etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edildiyi və ara-sıra odlu silahlardan atəş açıldığı qeyd olunur.

İlgili xəbərlər