İran rəsmi mediası narazı xalqı ölkənin “parçalanması təhlükəsi” iddiası ilə sakitləşdirməyə çalışır

SEPAH-a bağlı Telegram kanalları son etirazların ölkənin parçalanmasına kökləndiyini iddia ediblər.
“SEPAH-e Qods” Telegram kanalı bir xəritə paylaşaraq yazıb:
“İranın parçalanmasını planlaşdıran mənfur düşmənin layihəsidir bu. Düşmən informasiya savaşından istifadə edərək öz virtual ordusu ilə İran xalqının arasında mən ariyəm, sən ərəbpərəstsən və s. kimi ifadələrlə ayrı-seçkilik salmağa çalışır. Düşmən ömür boyu ölkəmizi parçalamaq üçün bu plan üzərində çalışır… “
Qeyd edək ki, bəzi ekspertlərin fikrincə, son günlər ölkədəki ümummilli etirazların qarşısını almaq üçün İranın hakimiyyəti əhalini “separatizm təhlükəsi”ndən qorxutmağa əl atıb.