İranın daha bir neçə dövlət saytı kiberhücuma məruz qalıb

“Anonimus” haker qrupu İranın daha bir neçə dövlət saytına kiberhücum etdiyini bildirib.

Qrup İran rəsmi saytlarına hücumunun davamında, bu dəfə ölkə parlamentinin saytını dağıtdığını iddia edib.

Hakerlər habelə hazırladığı klipdə iranlı deputatların mobil telefonlarını yayaraq bildirib: “Onlardan soruşun ki, niyə diktatoru müdafiə edirlər?!”

haker qrupu bu gün həmçinin İranın bir neçə bankının, o cümlədən Milli Bank, Sepəh Bank və Ayəndeh Bankın saytlarını sındırdığını iddia edib.

Tehran Şəhər Şurasının saytı da bu gün “Anonimus” tərəfindən kiberhücuma məruz qalan dövlət saytlarından idi.

Sözügedən qrup son günlərdə hökumətə aid bir çox internet saytlarını, o cümlədən İran Mərkəzi Bankı, Mədəniyyət Nazirliyi, hökumətin rəsmi saytını və İran hökuməti sözçüsünün saytını sındırıb.

İran rəsmiləri bu iddiaları təkzib edib.

İlgili xəbərlər