Təbrizli kinorejissor həbs edilib

Təbrizli kinorejissor Məhəmməd Siyaməkniya təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Siyaməkniya sentyabrın 24-də kütləvi dinc etirazlarla əlaqədar saxlanılaraq naməlum yerə aparılıb.

Bir çox qısametrajlı və sosial mövzulu sənədli filmlərin yaradıcısı olan təbrizli rejissorun ittihamı barədə heç bir məlumat verilməyib.

Xatırladaq ki, son günlərdə Təbriz, Urmiya, Ərdəbil və Zəncan şəhərləri başda olmaqla Güney Azərbaycanın müxtəlif bölgələrində onlarla milli fəal saxlanılıb.

Keçən günlərdə nəzarət altına alınanlar arasında Mehdi Həmidi Şəfiqç Əsgər Əkbərzadə, Səid Sadıqifər, Möhsün Möhsünzadə, Meysəm Colani və Məhəmməd Colani kimi fəalların adları yer alıb.

İlgili xəbərlər