İranda kütləvi etirazlarda 76 nəfərin öldürüldüyü təsdiqlənib

İran İnsan Haqları Təşkilatı sentyabrın 25-nə olan hesabatında bildirib ki, ölkənin əksər əyalətlərini bürüyən etiraz aksiyalarında ən az 76 nəfər öldürülüb.

Hesabata görə, Mazandaran əyaləti 25, Qərbi Azərbaycan, Gilan və Kürdüstan əyalətləri hər birində 10 nəfər itki olmaqla siyahıda ilk yerləri tuturlar.

Öldürülənlərdən ən az 6-sı qadın, 4 -ü isə az yaşlıdır.

Yayılan videolarda bir neçə şəhərdə təhlükəsizlik qüvvələrinin odlu silahlardan dinc etirazçılara atəş açdıqları görünür.

İnsan haqları təşkilatları internetə qoyulan məhdudiyyətlər səbəbindən məlumatların gec yayıldığını və ölü sayının açıqlanan rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər.

İlgili xəbərlər