İranın Bakıdakı səfiri Elçin Əmirbəyovla görüşdü

İranın Bakıdakı səfiri Abbas Musəvi Azərbaycanın Birinci vitse-prezidentinin xüsusi köməkçisi Elçin Əmirbəyovla görüşüb.

İran mediyasının məlumatına əsasən, səfir beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişməzliyi ilə bağlı ölkəsinin mövqeyini bir daha izah edib.

O vurğulayıb ki, İran hökuməti Tehranda ikitərəfli, üçtərəfli, habelə “3+3” regional təşəbbüsü çərçivəsində görüşlərin keçirilməsinə və Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün şimal qonşularına kömək etməyə hazırdır.

Görüşdə, həmçinin ikitərəfli münasibətlər, Qafqaz regionu və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

İlgili xəbərlər