İranın Bakıdakı səfiri İsrail səfirinin paylaşımına təpki göstərib

İran İslam Respublikasının Azərbaycandakı səfiri İsrailin Bakıdakı səfirinin paylaşdığı tvitə reaksiya verib.

Seyid Abbas Musəvi öz Tvitter hesabında yazıb:

“Dünyadakı bütün yəhudiləri, xüsusən də İrandakı yəhudi vətəndaşlarımı Yeni il münasibətilə təbrik edirəm.

Bu gün sülhsevər yəhudilər öz əziz dəyərlərini uca tuturlar; basqıcı sionist rejimin və onun uşaq qatili olan liderlərinin “Nekbə” (1948-ci ildə İsrail dövlətinin qurulması ilə yüz minlərlə fələstinlinin öz yurdlarından qovulması) günündən bəri yad olduğu dəyərlər”.

İsrail səfiri Corc Dik öz yeni il təbriki paylaşımında “insanlıq, bərabərlik və azadlıq” uğrunda mübarizə aparan İran xalqı ilə həmrəylini bildirmişdi.

İlgili xəbərlər