Məlikanda həbs edilən fəallar aclıq aksiyası keçirir

Sentyabrın 22-də Məlikan şəhərində saxlanılan 6 azərbaycanlı gənc aclıq aksiyasına başlayıb.

Həbs edildikdən sonra Marağa zindanının karantin bölməsinə köçürülən fəallar bu vasitə ilə qanunsuz həbs edildiklərinə, təzyiq və təhqirlərə məruz qaldıqlarına etirazlarını bildiriblər.

Romina Rəhmani, Mobina Rəhmani, Məlihə Güləfşan, Əmirhüseyn Xəlilzadə, Meysəm Zəhmətkeş və Əli Zəhmətkeş təhlükəsizlik məmurları tərəfindən döyülərək həbs ediliblər.

Onların nədə ittiham olunduqları barədə heç bir açıqlama verilmir.

Fəalların yaxınların onların həyatlarına təhlükə törədildiyi halda Məlikan şəhərinin prokuroru Murtuza Fərcampurun məsuliyyət daşıyacağını bildiriblər.

İlgili xəbərlər