Güneyli fəal Saleh Mollaabasi həbs edildi

Şərqi Azərbaycan əyalətinin Əhər şəhəri sakini olan milli fəal Saleh Mollaabbasi döyülərək həbs  olunub.

Milli fəalın yaxınlarının verdiyi məlumata görə, İranda etirazlar başlayandan bəri hökumət qüvvələri 2 dəfə onun evinə qanunsuz basqın edib və hücumlar zamanı ailəsi, o cümlədən xanımı və qızları incidilib. Dünən gecə, oktyabrın 9-da yenidən çoxlu sayda təhlükəsizlik məmuru milli fəalın evinə hücum edərək onu döyüb və naməlum yerə aparıblar.

İndiyədək onun vəziyyəti və saxlandığı yer haqda məlumat yoxdur.

Bu vaxta qədər o, bir neçə dəfə fasilələrlə 6 dəfə həbs olunub. Axırıncı dəfə ötən il 10 aylıq həbs cəzasını çəkdikdən sonra Əhər zindanından azadlığa çıxmışdı.

İlgili xəbərlər