Kanada vətəndaşlarını İrana getməməyə çağırıb

Kanada dövləti vətəndaşlarına İrana səfər etməməklə bağlı çağırış edib.
Hökumət vətəndaşlarından bu ölkəni təcili şəkildə tərk etmələrini istəyib.
Kanada hökuməti durumun qarışıq olmasına, terror təhlükəsinə və xarici vətəndaşların İranda özbaşına həbsinə görə, vətəndaşlarını bu ölkəyə səfər etməməyə çağırıb.
Qeyd edək ki, bundan öncə Almaniya, Fransa, Hollandiya, Avstriya, Belçika, İspaniya və İtaliya öz vətəndaşlarından İranı dərhal tərk etmələrini istəyib.
Son günlərdə həmçinin bir sıra Avropa ölkəsinin İrandakı səfirliklərinin “konsulluq şöbəsi”nin fəaliyyəti dayandırılıb.
Bu barədə İranın turizm şirkətləri assosiasiyasının rəhbəri Hörmətullah Rəfii məlumat verib:
“Bəzi Avropa ölkələri səfirlikləri, xüsusən də Şengen bölgəsi, rəsmi bildiriş olmadan viza müraciətlərinə baxılmasını dayandırıblar və Şengen vizasının verilməsi prosesini dondurublar”.