Təbrizdə və Xiyav divarlara hökumət əleyhinə şüarlar yazılıb

Oktyabrın 9-u gecə saatlarında Təbrizin bəzi bölgələrinin divarlarına hökumət əleyhinə şüarlar yazılıb.

Təbriz divarlarında “Azərbaycanlı məhbus öyrənciləri azad edin” və “Azərbaycan xalqı və milli hərəkatı övladlarına qarşı repressiyalara dözməyəcək” şüarları qeyd olunub.

Qeyd edək ki, son günlər İranın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı Təbrizdə və Təbriz Universitetində onlarla insan həbs edilib.

Həbs olunanlardan bəzilərinin kimliyinin insan haqları təşkilatları tərəfindən müəyyənləşdirilməsinə baxmayaraq, hələlik onlarla məhbusun kimliyi barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

Həmçinin Ərdəbil əyalətinin Xiyav (Meşginşəhr) şəhərində də divarlara hökumət əleyhinə şüarlar yazılıb.

Məlumata əsasən, şəhər küçələrində “Xameneiyə ölüm”, “diktatora ölüm”, “Rəisiyə ölüm” kimi şüarlar əks olunub.

Xatırladaq ki, son günlər Təbriz, Ərdəbil, Urmiya, Zəncan və başqa şəhərlərdə oxşar aksiyalar çoxalıb və bütün bölgələrdə başda Əli Xamenei olmaqla hökumət rəsmilərinə qarşı şüarlar yazılıb.

 

İlgili xəbərlər