Ermənilərin Səttar xana qarşı təhqiredici davranışı narazılığa səbəb olub + VİDEO

İran ərazisindən Ermənistana daxil olan və üzərində Səttar xanın rəsmi təsvir edilən yük avtomobili yerli sakinlərin narahatlığına səbəb olub.

Şəkilin altında “Səttar xan – Türk oğlu” sözlərinin yazılması erməniləri xüsusilə hiddətləndirib. Onlar avtomobili yolda saxlayıb və üzərindəki təsviri qırmızı boya ilə rəngləyiblər.

Qeyd edək ki, sosial şəbəkələrdə və Güneydə fəaliyyət göstərən xəbər səhifələrində yayılan bu görüntülər, Güney Azərbaycanda sosial şəbəkə istifadəçilərin narazılığına səbəb olub.

İlgili xəbərlər