MAQATE: İran yeraltı nüvə obyektlərini genişləndirir

Beynəlxalq Atom Enerjisi agentliyi son hesabatında BMT-nin bu nəzarət orqanının rəhbərlər şurasına məlumat verib ki, İran yeraltı nüvə obyektlərini genişləndirir.
“Reuters”in məlumatına görə, oktyabrın 10-da agentliyin məxfi hesabatında bildirilib ki, “İran Nətənz şəhərində yerləşən yeraltı nüvə obyektində uranın qabaqcıl sentrifuqalarla zənginləşdirilməsini inkişaf etdirir və daha da irəli getmək əzmindədir”.
Agentliyin yaydığı məlumata əsasən, bu yaxınlarda Nətənz yeraltı təsisatında quraşdırılan İR-6 qabaqcıl sentrifuqalarının üçüncü kaskadı artıq istismar mərhələsinə daxil olub.
Beynəlxalq Atom Enerjisi agentliyinə burada quraşdırdığı 12 sentrifuqaya əlavə olaraq 3 ədəd IR-2M sentrifuqa kaskadı əlavə etməyi planlaşdırdığını bildirmişdi.